Riyaziyyatçılar süni intellektin imkanlarına şübhə ilə yanaşırlar


Digərləri 11 Yan 2019 23:34:00 212 0

Riyaziyyatçılar süni intellektin imkanlarına şübhə ilə yanaşırlar

İsrail riyaziyyatçıları sübut ediblər ki, süni intellekt məlumat yığımında qanunauyğunluğu tapmağa və ya istənilən suala birmənalı cavab verməyə heç də həmişə qadir deyil. Onların bu barədə qənaəti "Nature Machine Intelligence" jurnalında dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hayfada Texnion İnstitutunun əməkdaşı Amir Yehudayovun sözlərinə görə, həlli açıq qalan məsələlərin mövcudluğu riyaziyyatçılara çoxdan məlumdur. Lakin onlar sadə maşın təlimində buna bənzər halın baş verəcəyini gözləmirdilər. Bu, onu göstərir ki, informasiyanın "sıxılması" ilə təlim prinsipinin özü arasında xüsusi fundamental əlaqə var.