Birləşmiş Ərəb Əmirliklərində işaxtaranlar "WhatsApp"da dələduzluğun yeni üsulu ilə qarşılaşıblar


Digərləri 11 Yan 2019 23:22:00 234 0

Birləşmiş Ərəb Əmirliklərində işaxtaranlar "WhatsApp"da dələduzluğun yeni üsulu ilə qarşılaşıblar

Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya İdarəsi ölkə əhalisini "WhatsApp" vasitəsilə alınan məlumatların təhlükəsi barədə xəbərdar edib. Bu məlumatlar, ilk növbədə, ölkə ərazisində iş axtaran insanlara istiqamətlənir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dələduzlar şəxsi məlumatların oğurlanması məqsədilə yüksəkməvacibli iş vədi ilə messencerə məlumat göndərirlər. Bu məlumatı qəbul etməklə, aldadılan şəxslər istər-istəməz özləri barədə məxfi məlumatları, o cümlədən maliyyə məlumatlarını, şəxsi fotoşəkilləri onlara ötürürlər. Bir çox hallarda "WhatsApp"a göndərilən məlumatlarda guya həmin şəxs haqqında cinayət işinə dair xəbərlər yer alır və bunlarla ətraflı tanış olmaq təklif edilir.