Fankoni sindromu


Digərləri 11 Yan 2019 22:58:00 251 0

Fankoni sindromu

Fankoni sindromu böyrək tərəfindən normalda geri reabsorbsiya olunaraq qana keçən bəzi maddələrin geri sorulmadan sidiyə qarışdığı bir xəstəlikdir. Sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Uşaq yaşlarında rast gəlinən bu sindromun əsas səbəbi bəzi maddələrin parçalanmasında iştirak edən fermentlərin genetik çatışmazlığıdır. Bura sistin, fruktoza, qalaktoza, qlikogen və s. aiddir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi Orxan Quliyev məlumat verib.

Mütəxəssis bildirib ki, yetkin insanlarda fankoni sindromuna səbəb ola biləcək amillər azatioprin, gentamisin və tetrasiklin tərkibli antibiotiklər, çoxsaylı mieloma xəstəliyi, amilodoz, yüngül zəncir depo xəstəlikləridir.


Xəbərə aid foto