Dişlər haqqında bilmədiklərimiz


Digərləri 11 Yan 2019 22:16:00 263 0

Dişlər haqqında bilmədiklərimiz

QİÇS-ə səbəb olan HİV virusunun ilkin dövrlərində ağız boşluğunda əlamətləri üzə çıxa bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu estetik diş həkimi Efe Kaya deyib.

Efe Kaya diş və diş əti xəstəliklərinin sağlamlıq haqqında vacib işarə verdiyini açıqlayıb.

HİV pozitiv olan xəstələrdə ağız boşluğunda göbələk infeksiyasında artım hiss olunur. Ağız boşluğunda, xüsusilə də gənclərdə dodaqların kənarında ağ-qırmızı rəngli zədələr HİV əlaməti ola bilər.

QİÇS olduqda isə diş əti problemləri müşahidə olunur. Demək olar ki, bütün QİÇS xəstələrində diş əti iltihabı (qinqivit) müşahidə edilir. Diş əti problemləri, adətən, ağrılı və müntəzəm qanama ilə əlamətdardır. Ağız içində ağrısız, xüsusilə damaq bölgəsində bənövşəyi-qəhvəyi rəngli yaralar HİV-in əlaməti ola bilər.