"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək


Dünya 11 Yan 2019 17:44:00 236 0

"Donuz qripi”nə qarşı dərman vətəndaşlara pulsuz veriləcək

Gürcüstanda A (H1N1) virusuna ("donuz qripi") qarşı "Tamiflu" dərman preparatı əhaliyə pulsuz veriləcək.

Son.az report-a istinadən xəbər verir ki, bu təşəbbüslə Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.

Təşəbbüsə əsasən, dərman vasitəsi yanvarın 12-dən etibarən yalnız risk qrupuna daxil olan vətəndaşlara deyil, bütün vətəndaşlara ödənişsiz təqdim olunacaq.

Gürcüstanın ictimai sağlamlıq mərkəzləri ilə yanaşı, 24 saat işləyən poliklinikalar da dərmanın paylanılmasında iştirak edəcəklər. Həkimlər yalnız pasiyentin diaqnozu təsdiq olunandan sonra dərmanı vermək hüququna malik olacaqlar.