"Donuz qripi" Ermənistanda da can aldı


Dünya 11 Yan 2019 17:16:00 209 0

"Donuz qripi" Ermənistanda da can aldı

Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib.

O bildirib ki, ölən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan əvvəl qripdən bir uşağın ölməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, direktor laborator analizlər nəticəsində hər hansı virus infeksiyasının aşkar edilmədiyini vurğulayıb.