Sürücüləri ölümə aparan sakinlər: “Xoşbəxtlikdən maşın gəlirdi, yoxsa çaya düşə bilər adam” VİDEO FOTO


Digərləri 11 Yan 2019 16:54:00 353 0

Sürücüləri ölümə aparan sakinlər: “Xoşbəxtlikdən maşın gəlirdi, yoxsa çaya düşə bilər adam”  VİDEO  FOTO

Şəkidə  sakinlərin küçəyə buraxdıqları suyun donması qəzanın baş verməsinə səbəb olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şəki sakini İsmayılov Elman, idarə etdiyi 55-BN-258 dövlət nömrə nişanlı avtomobillə M.F.Axundov prospektində hərəkətdə olarkən yolun buz olması səbəbilə idarəetməni itirib. Nəticədə avtomobil sürüşərək qarşıdan gələn Elbrus Abdurrahmanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Ancaq hər iki avtomobilə ziyan dəyib. Elman İsmayılov - zərərçəkən: "Yuxarı hissədən gəlirəm, orada sürət həddi də yüksək deyil. Bir adam yola çıxdı, yolun yarısına kimi gəlib qayıtdı, mən də ondan qaçırmaq üçün bir az da buz olan hissəyə keçdim. Sərt döngədə qarşıdan maşın gəlirdi. Xoşbəxtlikdən maşın gəlirdi, yoxsa çaya düşə bilər adam". Şəhər sakinlərinin gecələr suyu küçəyə buraxması nəticəsində yaranan vəziyyətə şəhərin bir çox ərazilərində rast gəlmək olar. Nəticədə buzlu yollarda avtomobili idarə etmək çətinləşir. Qar və yağışın olmadığı bir vaxtda yolun təmizliyinə arxayın olan sürücü onu qarşıda hansı təhlükənin gözlədiyini bilmir. Sürücü: "Təhlükəlidir, qar yox, buz yox birdən qarşına çıxır "tormuz" verirsən maşın dayanmır". Sürücü: "Evlərdən su buraxırlar küçəyə, qəza vəziyyəti yaranır". Şəki Su-Kanal TSC- də əhalini suya qənaət etməyə və bu cür təhlükənin yaşanmaması üçün məsuliyyətli olmağa çağırır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar