Qadını yolun ortasında soyublar FOTO


Digərləri 11 Yan 2019 15:32:00 216 0

Qadını yolun ortasında soyublar  FOTO

Ağdaş şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə piyada gedərkən naməlum şəxsin ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan  çantasını alıb qaçdığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. 


Xəbərə aid fotolar