2018-ci ildə 39 748 "E-imza” sertifikatı istifadəyə verilib


Digərləri 11 Yan 2019 15:23:00 214 0

2018-ci ildə 39 748 "E-imza” sertifikatı istifadəyə verilib

"Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənməkdədir.

Bakı. Ölkədə "Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənməkdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb. Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub. İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 206-ı dövlət qurumları, 41 612-si hüquqi şəxslər, 34 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.