“İcazə vermir, qısqancdı”


Şou-biznes 11 Yan 2019 14:33:00 250 0

“İcazə vermir, qısqancdı”

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənnə Mətanət Əsədova olub. 

Son.az bildirir ki, Mətanət Əsədova sevgilisindən danışıb:

"Ağ atlı şəhzadə, əlbəttə, var. Hələ bir il yoxdur. O, mənə icazə vermir. Qısqancdı. Baxanda bilinir. Məni qısqanmaq olmaz ki? Mənim özüm də qısqancam. Dünyada özüm kimi ikinci qısqanc biri yoxdur". Müğənni "evlilik nə zamandır?"sualına maraqlı cavab verib: "Bilmirəm, o bilər. Mən kişi qarşısında nə danışa bilərəm ki?"


Xəbərə aid foto