Tacir Şahmaloğlu 55 yaşında ata olacaq


Şou-biznes 11 Yan 2019 13:53:00 931 0

Tacir Şahmaloğlu 55 yaşında ata olacaq

Müğənni Tacir Şahmalıoğlu ata olacaq

Müğənni Tacir Şahmaloğlunun "Şou ATV"də sirrinin üstü açılıb.

Son.az xəbər verir ki, müğənni "Bir sirrim var. Onu 5 aydan sonra, 1 gün qalmış Nanə xanıma açıb deyəcəm" ifadəsini işlədib.

Nanə Ağamalıyeva "Uşağınız olacaq, Tacir müəllim?" sözləri ilə müğənniyə müraciət edib. Müğənni isə nə deyəcəyini bilməyib, tutulub.

4 ay sonra 55 yaşı tamam olacaq müğənni Nanənin sözlərini gülüşlə qarşılayaraq, iddianı təkzib etməməklə diqqətləri üzərinə çəkib.


Xəbərə aid fotolar