Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq


Digərləri 11 Yan 2019 12:01:00 205 0

Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.

Bakı. İlhamə İsabalayeva - Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişikliklər edib: "Bu dəyişikliklər yeni salınan qəbiristanlıqlara şamil olunacaq, qərarın geriyə tətbiqi yoxdur".