ÜSTnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Qrip virusu əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda var"


Digərləri 11 Yan 2019 10:10:48 250 0

ÜSTnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: "Qrip virusu əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda var"

Qrip virusu ilə bağlı bütün ölkələr eyni dərəcədə risk altındadırlar.

Son.az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, A(H1N1) virusu insanda qripin yaranmasına səbəb olan viruslardan biridir.

H.Harmancı qeyd edib ki, qrip, adətən, hər il dünyada epidemiyalar yaradır. Qrip olanların bir çoxu heç bir müalicə olmadan bir həftə ərzində yaxşılaşır.

ÜST rəsmisi deyib ki, virusun hər hansı ölkəyə keçməsinin qarşısının alınması mümkün deyil. Daha əvvəlki pandemiyalar zamanı tətbiq edilən müxtəlif üsullar (sərhədlərin bağlanılması, ticarətin məhdudlaşdırılması, sərhədlərdə insanların bədən temperaturunun ölçülməsi kimi tədbirlər və s.) bunun mümkün olmadığını göstərib: