Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi Şüşə ilə...


Digərləri 11 Yan 2019 09:09:00 245 0

Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi  Şüşə ilə...

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb. 

Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.