Səudiyyə Ərəbistanında Azərbaycana ərəb turistlərinin axınına yardım edəcək "yol xəritəsi" hazırlanır


Digərləri 11 Yan 2019 08:12:00 336 0

Səudiyyə Ərəbistanında Azərbaycana ərəb turistlərinin axınına yardım edəcək "yol xəritəsi" hazırlanır

Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan "yol xəritəsi" hazırlayır.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan - Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Y.Əliyevin sözlərinə görə, "yol xəritəsi" beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən əlaqələndiriləcək. İcraçı direktor əlavə edib ki, ərəb tərəfi də Azərbaycana turistlərin cəlb olunması ilə məşğul olacaq və ölkəyə investisiyaların azı 5 faiz səviyyəsində illik artımını təmin edəcək.

Ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üzrə planlardan danışan Y.Əliyev qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri planlaşdırılır: