4 otaqlı ev yanıb


Digərləri 11 Yan 2019 07:48:00 268 0

4 otaqlı ev yanıb

Sumqayıtda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.