Fil turisti tapdalayaraq öldürdü


Digərləri 11 Yan 2019 07:28:00 250 0

Fil turisti tapdalayaraq öldürdü

Şri-Lankada vəhşi fil ona doğru hərəkət edən adama hücum edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, fil xortumunun zərbəsi ilə yerə yıxdığı insanı tapdalayaraq öldürüb.

Ailəsi ilə təbiətdəki fillərə tamaşa etməyə gedən şəxs birdən-birə filə tərəf hərəkət etməyə başlayıb. İnsanın ona doğru gəldiyini görən fil qaçmağa başlayıb və xortumunun zərbəsi ilə onu yerə yıxıb. Sonra isə fil yerə yıxılan şəxsi ayaqlayaraq əzib və öldürüb.