Gürcüstanın ali məktəblərində qripə görə dərslər dayandırılıb


Dünya 10 Yan 2019 23:56:00 220 0

Gürcüstanın ali məktəblərində qripə görə dərslər dayandırılıb

Gürcüstanda yayılmış qrip virusu ilə bağlı ölkənin bir neçə ali məktəbində tədris prosesi yanvar ayının 21-nə qədər dayandırılıb.

Son.az "Report"a istinadən bildirir ki, təhsil müəssisələri bu barədə qərarı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tövsiyəsi əsasında qəbul edib.

Qərara müvafiq olaraq, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, İlya Dövlət Universiteti və digər ali məktəblərdə imtahanların müddəti və dərs cədvəli də dəyişdirilib.