Dəstəmaz zamanı saqqalın tüklərini hansı miqdarda islatmaq vacibdir?


Digərləri 10 Yan 2019 22:15:00 231 0

Dəstəmaz zamanı saqqalın tüklərini hansı miqdarda islatmaq vacibdir?

Dəstəmaz zamanı sifəti alnın tük bitən yerindən çənəyə kimi uzunluqda, bir əlin baş barmağı ilə orta barmağı arasındakı məsafə enində yumaq lazımdır. Bu miqdarda sifətin azacıq bir yeri də islanmasa və quru qalsa, dəstəmaz düzgün sayılmaz. Lakin saqqalı olan kişilər üçün dəstəmazın hökmündə bir xırdalıq vardır. Əgər kişinin saqqalı seyrək və ya qısadırsa, belə ki, tüklərin altından sifətin dərisi görünürsə, bu halda dəstəmaz alan zaman tüklərin altında qalan dəri də yuyulmalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, amma saqqalın tükləri sıx və uzundursa, sifətin dərisinə suyu çatdırmaq lazım deyil. Bu halda saqqalın tükləri yuyularsa, kifayət edər. Altındakı dəri görünməyəcək dərəcədə uzun saqqalı olan adam saqqalına su tökməli və əli ilə suyu bir az yaymalıdır ki, tüklər islansın. Bu zaman vasvasılıq etmək də lazım deyil. Saqqalın əl dəyən tükləri islansa, bəs edər.