İstanbulda hərbi təyyarənin şassisi partlayıb


Dünya 10 Yan 2019 22:18:00 233 0

İstanbulda hərbi təyyarənin şassisi partlayıb

İstanbul Atatürk Hava Limanında enmə zamanı C-160 tipli hərbi təyyarənin şassisi partlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bandırma-İstanbul reysi ilə uçan təyyarədə hərbi yük olub. Qəza zamanı tələfat olmayıb. Təyyarənin enmə-qalxma zonasından kənarlaşdırılması üçün tədbirlər görülür.