Hindistanda timsahın dəfninə yüzlərlə adam gəldi


Digərləri 10 Yan 2019 21:54:00 247 0

Hindistanda timsahın dəfninə yüzlərlə adam gəldi

Hindistanda 130 yaşlı timsahın dəfn mərasimi keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, dəfn mərasimində 500 nəfər iştirak edib.

Uzunluğu üç metr olan "Qanqaram" adlı timsah kənd yaxınlığındakı göldə yaşayıb. Timsah heç vaxt insanlara hücum etməyib. Bu üzdən kənd sakinləri etiram əlaməti olaraq onun dəfn mərasimini təşkil etmək qərarına gəliblər.

Bildirilir ki, timsaha göl yaxınlığında abidə qoyulması planlaşdırılır.