PKK/YPG Rusiyadan mədət umur


Dünya 10 Yan 2019 21:56:00 254 0

PKK/YPG Rusiyadan mədət umur

"Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra kürd hərbi birləşmələri bütün ümidlərini Ruisyaya bağlayıblar".

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.

Qəzet kürd mənbələrinə istinadən terrorçu YPG-PKK rəhbərliyinin Rusiyaya Suriya hökuməti ilə saziş bağlamaq üçün vasitəçi olmasından ötrü rəsmi müraciət etdiyini bildirib. Bununla terror təşkilatı Türkiyənin mümkün hücumundan özünü qorumaq istəyir.

"Bütün bunlar Rusiyanın Suriyada dominantlıq edən tərəfə çevrildiyini göstərir", - deyə "The Washington Post"un məqaləsində qeyd olunub.

Təşklatın rəhbərlərindən Saleh Müslümün qəzetə bildirdiyinə görə, Moskva hələlik kürdlərin Suriya hökuməti ilə anlaşması üçün üzərinə heç bir öhdəlik götürməyib.