Livanda hələ də 1,5 milyonadək suriyaklı qaçqın var


Dünya 10 Yan 2019 21:49:00 219 0

Livanda hələ də 1,5 milyonadək suriyaklı qaçqın var

Hazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.

Son.az "Report"a istinadən bildirir ki, bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib.

"Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var", - deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır.