Mingəçevirdə qadın dördüncü mərtəbədən yıxıldı


Digərləri 10 Yan 2019 21:36:00 200 0

Mingəçevirdə qadın dördüncü mərtəbədən yıxıldı

Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.

Son.az "Report"a istinadən bildirir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.