Aralıq dənizi pəhrizi: işləyən xanımdan 5 tövsiyə


Digərləri 10 Yan 2019 21:08:00 249 0

Aralıq dənizi pəhrizi: işləyən xanımdan 5 tövsiyə

İspanıya alimləri qidalanma və həyat tərzinə dair geniş bir araşdırma keçiriblər.

Məlum olub ki, "Aralıq dənizi pəhrizi" adlanan pəhrizə riayət edən insanlar nəinki yaxşı və sağlam yaşayır, onlar həmçinin yavaş-yavaş, amma düzgün şəkildə artıq çəkidən xilas olurlar.

Bu pəhrizin digər pəhrizlərdən başlıca fərqi itirilən çəkinin artıq geri qayıtmamasıdır.

Əlbəttə ki, zeytun və dəniz balığı ilə qidalanmaq azdır, hərəkət etmək və spirtli içkini məhdudlaşdırmaq, siqaret çəkməkdən imtina etmək və ümumilikdə orqanizmə nəzarət etmək lazımdır.

Alimlər: qazlı pəhriz içkisi insult riskini artırır Yaşlanmağın dərmanı, yaraların süni müalicəsi və çox içməyin nəticələri

Aşağıda göstərdiklərimiz işləyən, vaxtı olmayan, amma mətbəxə marağı və qarınqulu ailəsi olan bir işləyən xanımın təcrübəsinə əsaslanır.

Və əgər siz dəqiq kulinariya reseptləri axtarırsınızsa, onda məqaləni oxumağa davam etməyə bilərsiniz.

Kalorilərin dəqiq miqdarını ölçmək, həmçinin həftə ərzində neçə tikə ət yeyə biləcəyiniz, nahar zamanı neçə qədəh çaxır içməyinizlə bağlı ciddi tövsiyələr vermək fikrim yoxdur.

Nəticələrin çoxu iki tanışımın üzərində aparılan sınaqlar və danışıqlar yolu ilə əldə olunub.

Tanışlarımdan biri italyan, digəri isə yunandır. Hər ikisi gözəl yemək hazırlayır, lakin kulinariya kitablarına münasibətləri mənfidir.

Beləliklə, Aralıq dənizi tərzində ailəni yüngül və tez bir şəkildə necə bəsləmək olar.

1. Pesto sousu və ya maksimum nəticə üçün minimum cəhd

Fotonun müəllifiGETTY IMAGESImage captionPestonun hazırlanması sadədir, qışqırmaq kimi... Həvəngdəstə rəng qata bilər, amma bu tamamilə artıqdır.

Mətbəx kombaynı da bunun üçün əlverişlidir. Bəlkə ətçəkən də əlverişli ola bilər.

Lakin mənim yoxumdur, və ona görə də öz ağlınızla hərəkət edin.

Pestonu hazırlamaq inanılmaz dərəcədə asandır. Və bundan başqa, əgər sizə desələr ki, əsas məsələ ərzaqların miqdarına nəzarət etməkdir, buna inanmayın!

Bunun üçün sizə bir dəstə reyhan, bir parça parmezan pendiri ( təqribən 150 qr, amma çox da ola bilər az da), 100-200 qr şam qozu, sarımsaq və zeytun yağı lazımdır.

İfrata varanlar sizə yağın yalnız ilk əldən sıxılmış olacağını deyəcəklər.

Əqli gücü artırmağın səkkiz yolu Qida allergiyası niyə bu qədər geniş yayılıb?

Fotonun müəllifiGETTY IMAGESImage captionPesto şorbasını korlaya bilməzsən. Və ümumiyyətlə heç nə ilə korlaya bilməzsən. Qənnadıdan başqa...

Şam qozlarını yunan qozu ilə əvəz etmək olar. Parmezan isə qran padano ilə əvəzlənə bilər.

Nəzəri olaraq çedar pendirindən də istifadə etmək olar.

Amma hər şeyin ona yapışacağından qorxuram.

Bəziləri reyhanı cəfəri və vəzəri ilə əvəz etməyin mümkünlüyünü söyləyirlər.

Lakin yalan söyləyə bilmərəm, bunu sınaqdan keçirməmişəm.

Bütün sərt komponentləri mətbəx kombaynına atırıq və döyəcləyirik, lakin tam həll olmamalıdır.

Orada hansısa parçalar qalmalıdır.

Daha sonra isə eyni zamanda az-az yağ tökərək çalmağa davam edirik.

Mən əlavə qab işlətməmək üçün yağı birbaşa şüşədən tökərək edirəm.

Burada başlıca məsələ vaxtında dayanmaqdır, çünki sous həddən artıq duru olmamalıdır.

Amma belə olarsa bu da problem deyil.

Pesto istənilən yeməyi Aralıq dənizi yüksəkliyinə qaldıra bilər: pastanı, o ki makarondur, sukkini, o ki qabaqdır, risotto, o ki düyü sıyığıdır, minestroni, o ki tərəvəz şorbasıdır.

Sizə bu sousdan çox hazırlamağı və soyuducuda saxlamağı tövsiyə edirəm.

Belə olan halda şam və ya nahar yeməyi cəmi bir neçə dəqiqəyə hazır olar.

2. İstənilən zövqə görə Risotto və ya düyü sıyığı

Fotonun müəllifiGETTY IMAGESImage captionRisotto - sadə yeməkdir və burda hansısa şirin şeylər işə yaramır.

Düzdür, sürtgəcdən keçirilmiş pendir müqəddəsdir. Lakin mənim evimdə hər zaman parmezan olduğunu düşünməyin.

İngilis çedarı da işə yarayır və ya əlinizin altında hansı pendir varsa.

Risottonu hazırlamaq üçün tamamilə hər şey yarayır!

Mənim aləmimdə ən məşhuru ispanaq, göbələk və balqabaq birləşməsidir.

Lakin sizin başqa inqrediyentlər də xoşunuza gələ bilər.

Bundan başqa, ötən həftənin bazar günü mənim evimdə kiçik ərzaq böhranı (kimsə mağazaya getməmişdi) yaşanmışdı.

Ona görə də nahara hazırlanan risotto süfrəyə "Lənət şeytana, hər şey bitib" adıyla verilmişdi.

Yemək yalnız düyüdən, yerköküdən, bir dəstə saralmış yaşıl soğan və bir neçə dondurulmuş ispanaqdan ibarət idi.

Və bu çox dadlı idi. Risottonu hazırlamaq üçün çox sadə bir qayda var: müdaxilə etməyin!

İlk əvvəl soğanı qızardın, sonra ora düyünü əlavə edin.

Düyünün uzun deyil, yumru olması vacibdir.

Pəhriz hoqqabazlıqdırmı?

Bir müddət düyünü qızardın, bundan sonra bulyonu az-az yeməyə əlavə edin.

Bunun üçün istənilən bulyon kubikləri yarayır.

Mən özüm ət yemədiyimdən, tərəvəz, bitki və göbələk bulyonlarından istifadə edirəm.

Lakin sizi toyuq və ya ət bulyonundan istifadə etməkdən heç nə yayındırmamalıdır.

Fotonun müəllifiGETTY IMAGESImage captionQuru vəziyyətdə kifayət qədər təqdim edilməyəcək görüntüyə sahib olan bulyon kubikləri işə yarayır...

Əvvəllər mən bu kubikləri qaynamış suda həll etməyə vaxt sərf edirdim və sonra hazır vəziyyətdə düyüyə əlavə edirdim.

Lakin daha sonra ağlıma bunun daha asan yolu gəldi.

Kubikləri birbaşa düyünün içinə atın və üzərinə qaynamış su əlavə edin.

Gec ya tez onlar orada özləri həll olunacaqlar. Müəyyən vaxtda isə içliyi ora əlavə etmək lazımdır.

Yeri gəlmişkən, içliyi əvvəlcədən ayrıca hazırlamaq və ya nahardan qalan qalıqlardan istifadə etmək lazımdır.

Və, düyüyə mayeyə rahatlıqla qarışmasına mane olmayın.

Əsas məsələ, düyü qazanın dibinə yapışmaması üçün yeni payı vaxtında əlavə etməkdir.

Düyü hazır olan zaman (narahat olmayın, sizdə əgər çox sulu alınıbsa, bütün gecə ərzində düyü bütün artıqları canına çəkəcəkdir) oçağı söndürün və qazana bir parça yağ atın və yaxşıca qarışdırın.

Əgər yağ istəmirsinizsə, əlavə etməyə bilərsiniz, amma belə daha dadlıdır.

3. Tərəvəz, tərəvəz, bir daha tərəvəz

Fotonun müəllifiGETTY IMAGESImage captionSobada bişmiş badımcan belə görünür. Siz əgər onun belə göründüyünü çox gözəl bilirsinizsə, onda bağışlayın. Sizi inandırım ki, bu büzüşmüş dərinin altında çox gözəl təam var!

Aralıq dənizi pəhrizi vegetarianlar üçün cənnət deməkdir!

Əlbəttə ki, arzu olunandır ki, sizin mətbəx şkafınızda həmişə konservləşdirilmiş pomidor bankası olsun.

Siciliyadan olan tanışım bir dəfə mənə belə demişdi - əsas məsələ 3 ərzaqın olmasıdır.

Bunlar pomidor, şam qozası və kişmişdir.

Təcrübədən keçirmişəm, əla alınır!

Tutaq ki, siz Pasta alla Norma hazırlamaq istədiniz.

Mən klassik reseptlərin internet məkanında asan tapılacağına şübhə etmirəm.

Amma əgər sizin vaxtınız yoxdursa... Badımcanları bütöv şəkildə sobaya qoyuruq.

Bir neçə bolqar bibərini də elə həmin şəkildə ora əlavə edirik.

Onlar sobada öz "zəngin daxili həyatlarını yaşayarkən" soğanın üzərinə bir neçə banka doğranmış pomidor konservi əlavə edin.

Mən suyu az olan pomidorlara üstünlük verirəm, amma siz özünüz bilərsiniz.

Daha sonra pomidora tərəvəz və bitki kubikləri (əgər təzə reyhan yoxdursa) əlavə edin və dadına baxın. Bura nə əlavə etmək olar, duz və ya şəkər.

Bəli-bəli, tomat sousları üçün şəkər mütləqdir.

Çünki yumşaqlıq verir və onların turş dadını söndürür. Bir qayda olaraq, bir neçə çay qaşığı şəkər tamamilə kifayət edir.

Və tomat kütləsinin suyunu çəkərək sakitcə pıqqıldamasına imkan verin.

Lakin qazana yapışmaması üçün arada qarışdırın.

Bu vaxta qədər isə badımcan və bolqar bibəri artıq bişib. İlk baxışda sobadan çıxarılan tərəvəzlər çox pis görünür: büzülmüş, bəzi yerləri qaralmış.