Xəzərin dibi ilə fiberoptik kabel magistralı çəkilə bilər


Digərləri 10 Yan 2019 20:10:00 243 0

Xəzərin dibi ilə fiberoptik kabel magistralı çəkilə bilər

Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə nazir Ramin Quluzadə, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın "Aşqabat Şəhər Telefon Şəbəkəsi" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, "Türkməntelekom" şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay iştirak ediblər.