Masallıda çörək sexi yanıb


Digərləri 10 Yan 2019 19:07:00 405 0

Masallıda çörək sexi yanıb

Masallı rayonunda yanğın faktı qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 36 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Bildirilir ki, tikili çörək sexi kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.