Azərbaycandan Türkmənistana Xəzərin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi müzakirə edilib


Digərləri 10 Yan 2019 18:25:00 237 0

Azərbaycandan Türkmənistana Xəzərin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi müzakirə edilib

Azərbaycan, Əfqanıstan və Türkmənistan transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ramin Quluzadə, Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın “Aşqabat Şəhər Telefon Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, “Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay iştirak ediblər.