"Azercell"in Mobil Müştəri Xidmətləri Cocuq Mərcanlı qəsəbəsinə səfər edib (FOTO)


Digərləri 10 Yan 2019 17:53:00 427 0

"Azercell"in Mobil Müştəri Xidmətləri Cocuq Mərcanlı qəsəbəsinə səfər edib (FOTO)

Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib.

Bakı. Ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azercell Telekom" MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib. "Azercell"dən Trend-ə verilən məlumata görə, şirkətin Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib. Səfər zamanı Azercell tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azercell hər evə gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket. Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azercell tərəfindən zəruri işlər görülmüşdür.