"Donuz qripi" həyəcanı artır


Digərləri 10 Yan 2019 17:20:00 510 0

"Donuz qripi" həyəcanı artır

Gürcüstan Respublikasında insanlar arasında "donuz qripi" (A-H1N1 tipi) xəstəliyinin yayılmasını nəzərə alaraq, onun ölkəmizə keçməsinin qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Azərbaycanda donuzçuluq təsərrüfatlarında xəstəliyə görə tədbirlərə başlanıldı - FOTO Nazirlikdən Son.az-a verilən məlumata görə, Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.


Xəbərə aid fotolar