Elm dünyası şokda


Digərləri 10 Yan 2019 17:23:00 514 0

Elm dünyası şokda

Astronomlar kosmosun dərinliklərindən gələn radio siqnalları aşkar etdiklərini açıqlayıblar.

Son.az ölkə.az-a istindən bildirir ki, "BBC"nin məlumatına əsasən, Kanadadakı "British Columbia" universitetinin alimləri 1.5 milyard işıq ili uzaqlıqdakı bir mənbədən gələn radio siqnalları kəşf ediblər. Siqnallar Okanagan Vadisindəki CHİME adlı radio teleskopu vasitəsilə müəyyən edilib. Universitetin alimi İnqrid Steyrs bildirib ki, kosmosun dərinliklərində belə dalğalar çoxdur və bunlara nəyin səbəb olduğu bağlı daha çox məlumat əldə ediləcək.

Sürətli və təkrarlanan radio siqnallar haqqında verilən açıqlamada deyilir:

"Bunun bir çox səbəbi ola bilər. Bir ulduz partlamasından tutmuş, yadplanetlilərə qədər bir çox səbəbdən yarana bilər. Amma əlimizdəki məlumaltar az olduğu üçün hələlik sir olaraq qalıb".