Ana yeni doğulmuş körpəsini döyərək öldürdü


Digərləri 10 Yan 2019 16:07:00 455 0

Ana yeni doğulmuş körpəsini döyərək öldürdü

Rusiyanın Omsk vilayətinin İstintaq Komitəsi 33 yaşlı Novouralsk kənd sakininə qarşı cinayət işi başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb. 

Bildirilib ki, üç uşaq anası yanvarın 7-dən 8-nə keçən gecə evdə qız övladı dünyaya gətirib. Naməlum səbəblərdən 33 yaşlı qadın yeni doğulmuş körpəsini döyüb və nəticədə uşaq ölüb. Hadisə yerinə gələn tibb işçiləri körpəyə kömək edə bilməyiblər.