RƏSMİ: SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir


Digərləri 10 Yan 2019 15:26:00 409 0

RƏSMİ: SOCAR-da yoxlamaların aparılması Vergilər Nazirliyinin əsas vəzifələrindən biridir

Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb.

Bakı. Vergilər Nazirliyi və SOCAR birgə məlumat yayıb. Vergilər Nazirliyi və SOCAR-ın Trend-ə daxil olan birgə məlumatına görə, son günlər Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Vergilər Nazirliyi tərəfindən aparılan vergi yoxlamaları ilə bağlı həqiqəti əks etdirməyən, yoxlanılmamış, çaşdırıcı xarakter daşıyan və nəticə etibarilə dövlət qurumlarının və ölkənin ümumi imicinə zərər vuran bəzi məlumatlar yayılmaqdadır. Xatırlatmaq istərdik ki, SOCAR regionun ən böyük milli şirkətlərindən biri olmaqla həm əvvəlki illərdə, həm də 2018-ci ilin nəticələrinə görə də Azərbaycan dövlət büdcəsinin gəlirlərini təmin edən böyük vergi ödəyicilərindən biridir. Bununla yanaşı, şirkət həm də dünyanın 20-dək ölkəsində dövlətimizin maraqlarını təmin etməklə, ölkəmizə böyük gəlirlər gətirir.