Təkcə Bakının mərkəzində qanunsuz avtomobil saxlanması ilə bağlı 3500-dən çox fakt aşkarlanıb – 1 sutkaya (FOTO)


Digərləri 10 Yan 2019 14:04:00 182 0

Təkcə Bakının mərkəzində qanunsuz avtomobil saxlanması ilə bağlı 3500-dən çox fakt aşkarlanıb – 1 sutkaya (FOTO)

Paytaxtın mərkəzi hissələrində 24 saat ərzində avtomobillərin qanunsuz saxlanması ilə bağlı 3500-dən çox fakt aşkar olunub.

Bakı. Paytaxtın mərkəzi hissələrində 24 saat ərzində avtomobillərin qanunsuz saxlanması ilə bağlı 3500-dən çox fakt aşkar olunub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib. Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.