Görkəmli dilçialim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi


Digərləri 10 Yan 2019 14:00:00 209 0

Görkəmli dilçialim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi

10 yanvar 2019-cu il tarixində sovet dövrünün və Azərbaycan Respublikasının görkəmli dilçi-alimi, türkoloqu, ictimai xadimi, elm və təhsil təşkilatçısı Afad Qurbanovun anadan olmasının 90 illik yubileyidir. 

Geniş təşkilatçılıq bacarığına malik olan mahir pedaqoq akademik A.Qurbanov dünyanın bir çox milli və beynəlxalq akademiyaların akademiki, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olmuşdur.

Afad Qurbanovun 80 illil ömrünün 60 ili Azərbaycan Pedaqoji İnstitutu (hazırda Azərbaycan Dövlət Pedaqoji Universitet) ilə bağlı olmuşdur. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçmişdir. A.Qurbanov institutda tələbə, aspirant, asistent, müəllim, dosent, professor, dekan müavini, 13 il dekan, otuz il kafedra müdiri, 9 il rektor, habelə o zaman ölkədə yeganə fəaliyyət göstərən filologiya və pedaqogika elmləri üzrə müdafiə şuralarının sədri vəzifələrində çalışmışdır. Çalışdığı dövrdə A.Qurbanovun bu təhsil müəssisəsi üçün tarixi işlər görmüş və onun adı institutun tarixində qızıl hərflərlə həkk olunmuşdur.

Afad Qurbanov APİ-nin rektoru və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü kimi işlədiyi dövrdə ali pedaqoji təhsilin inkişafına daha çox diqqət yetirmiş, bu sahədə xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirməklə yanaşı, Azərbaycanda ali pedaqoji təhsilin bir çox spesifik nəzəri problemlərini şərh etmişdir.


Xəbərə aid fotolar