Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satan 5 satıcı cərimələnib


Digərləri 10 Yan 2019 12:13:00 180 0

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satan 5 satıcı cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bakı. Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 9-da Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində növbəti reyd keçiriblər. Reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.