Azərbaycan Beynəlxalq Bankı yaranma gününü qeyd edir


Digərləri 10 Yan 2019 11:44:00 278 0

Azərbaycan Beynəlxalq Bankı yaranma gününü qeyd edir

Cənubi Qafqaz regionunun aparıcı maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı bu gün - yanvarın 10-da fəaliyyətə başlamasının növbəti ildönümünü qeyd edir. Yeni inkişaf mərhələsində öz strateji hədəflərinə doğru irəliləyən bank 2018-ci ili uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub.

31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.7 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər bankın kapital mövqeyini daha da gücləndirib.  Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.

Bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi bu ilin də əsas strateji hədəflərindən olacaq.

Bank yaranma gününə özəl olaraq yeni kampaniyalara start verib. Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartı sahibləri yanvarın 11-dən 18-dək keçirilən kampaniya çərçivəsində nağd pul kreditini bankdan illik faiz dərəcəsində 2% ENDİRİMLƏ, KOMİSSİYASIZ və məbləğ 7000 manata qədər olduqda ZAMİNSİZ ala biləcəklər. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditləri barədə daha ətraflı: https://www.ibar.az/az/individual/credits

/