Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb


Digərləri 10 Yan 2019 10:22:39 176 0

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayon Qarayevkənd kənd sakini Ramil Əzizov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 80 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb.