Səidə efirdə ağladı: "Narkotik elə oğlanların başını yerə qoyub ki..."


Şou-biznes 10 Yan 2019 09:16:00 283 0

Səidə efirdə ağladı: "Narkotik elə oğlanların başını yerə qoyub ki..."

Müğənni Səidə Sultan ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olub

Müğənni Səidə Sultan ATV-də yayımlanan "Bizimləsən" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb.

Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb. O, Zahidi narkoman adlandıranlarına söz atıb:

"Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Bu gün həmin insanların yanaşması da düzgün deyil. "Əşi, ona görə vermirəm". Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".