Altı otaqlı ev yanıb


Digərləri 09 Yan 2019 23:31:00 411 0

Altı otaqlı ev yanıb

Ağdaşda altı otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Yuxarı Ləki kəndində ümumi sahəsi 280 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dəhlizinin, mətbəxinin və 2 otağının tavanı 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​