Yağlı saçlara qarşı sadə vasitələr


Digərləri 09 Yan 2019 23:28:00 217 0

Yağlı saçlara qarşı sadə vasitələr

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar.

"Saçların tez yağlanması çox vaxt problem doğurur, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir", - deyə paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a məlumat verib: "Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar".

Həkim-dermatoloq sadə üsullarla yağlanmanı aradan qaldırmağın mümkün olduğunu söyləyib: "3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.