Qışda xəstələnməmək üçün BUNLARI EDİN Məşhur professordan VACİB XƏBƏRDARLIQ


Digərləri 09 Yan 2019 22:46:00 238 0

Qışda xəstələnməmək üçün BUNLARI EDİN  Məşhur professordan VACİB XƏBƏRDARLIQ

Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.

Son.az xəbər verir ki, o, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:

"Qışda mən kələm, gül kələm, turp, xiyar, soğan və sarımsaq yeyirəm, bunlar prebiotiklərdir. Prebiotiklər bağırsaq mikroflorasını normasına salan faydalı mikroorqanizmlərdir. Prebiotiklər bağırsaqlardakı faydalı bakteriyaları qidalandırmaqla onları çoxaldır. Probiotik bakteriyalar isə canlı bakteriyanı ehtiva edən qidalardır, onlar bədənə daxil olmalıdırlar".

İçdiyiniz suya 1 çay qaşığı dəniz duzu əlavə edin

Xaş ilə qarın şorbası içməyi tövsiyə edən professor sözlərinə belə davam edib:

"Qış xəstəliklərindən qorunmaq sadəcə qidalanmadan asılı deyil, həyat tərzinə diqqət etmək də əhəmiyyət kəsb edir. Odur ki, hər gün 20-30 dəqiqə piyada gəzin. Əllərinizi çox yaxşı yuyun, xaş və qarın şorbası yeyin. Kənd yumurtasından yeyib qaynadılmış sümük suyu için. Bir stəkan suya bir çay qaşığı dəniz duzu əlavə edib qarışdırın. Qələvi halına gətirilmiş su daha faydalıdır. Eyni zamanda qış boyunca dəniz duzu ilə qarışdırılmış suyu səhər, axşam burnunuza töküb qarqara edin".

Həkim bildirib ki, B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün içalat yemək lazımdır: