DİQQƏT! Bu qan qrupundan olan qadınlarda uşaqsalma riski yüksəkdir HƏKİMDƏN AÇIQLAMA


Digərləri 09 Yan 2019 22:28:00 529 0

DİQQƏT! Bu qan qrupundan olan qadınlarda uşaqsalma riski yüksəkdir  HƏKİMDƏN AÇIQLAMA

ATU-nun Mamalıq-Ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova "Hamiləlik və RH uyğunsuzluğu" ilə bağlı yazı hazırlayıb.

Son.az medicina.az-a istinadən həmin yazını təqdim edir:

"Hamiləlik olduqca mürəkkəb prosesdir. Bu dövrdə qadının orqanizmində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verir - qan dövranında, sinir sistemində daxili sekresiya və süd vəzisində, həzm sistemində, ümumiyyətlə orqanizmin bütün üzvlərində. Hamiləlik dövründə baş vermiş bu və ya digər dəyişikliklər orqanizmin normal və təbii fizioloji halıdır. Doğuşdan sonra isə bu kimi dəyişikliklər təxminən 6 həftə ərzində tədricən geriyə doğru inkişaf edir.

Abort - hamilə qadının orqanizmində baş vermiş təbii dəyişikliklərin süni surətdə pozulması deməkdir. Hamiləliyin bu cür normal gedişatı kobudcasına pozulduqda orqanizm buna funksional dəyişikliklər və ya xəstəliklərlə cavab verir.

Nəticədə çox vaxt dölün ana bətnində saxlanılması qabiliyyəti zəifləyir, bəzən yumurtalıqların normal funksiyası da erkən vaxtlardan fəaliyyətdən düşür. Abortun ən ağır nəticəsi isə sonsuzluqdur. Abort qadının sonrakı hamiləliyinə və doğuşuna da öz mənfi təsirini göstərir.   Əgər qadının RH-ı mənfi ərinin ki isə müsbətdirsə sual oluna bilər ki, bunun abortla nə əlaqəsi ola bilər?

Bəzi ailələrdə tamamilə sağlam ata-anadan sarılıq xəstəliyinə tutulmuş uşağın dünyaya gəlməsi və doğuşdan sonra qısa bir zamanda ölməsi müşahidə olunmuşdur. Bəzən isə uşaq normal (sağlam) doğulur, sonra onun mərkəzi sinir sistemində elə ağır pozğunluqlar baş verir ki, bu cür uşaqlar həyatı boyu şikəst qalırlar. Yeni doğulmuş uşaqlarda belə ağır xəstəliklərin baş vermə səbəbi dünya həkimlərinə də naməlum qalmışdır. Qanda rezus-amili kəşf edildikdən sonra "gizli sirr" hesab edilən bu xəstəliyin inkişaf etmə səbəbi məlum oldu. Rezus-amil ilk dəfə makaka-rezus tipli meymunların eritrositlərində öyrənilmiş və onların adı ilə də adlandırılmışdır. Təxminən 85% insanların eritrositlərində rezus amil var, qalanlarında isə demək olar ki, yoxdur. Lakin hamiləlik zamanı bu, dölün eritrositlərinin parçalanıb hemolizə uğramasına səbəb olur. Eritrositlərin parçalanması isə öz növbəsində dölün zədələnməsinə və hemolitik xəstəliklərin - uşaqsalma, dölün ana bətnində ölməsi, uşaqda sarılıq, qan azlığı kimi xəstəliklərin inkişaf etməsinə səbəb olur.