Xristian futbolçunun başdaşına “Ruhuna fatihə” yazdılar


Digərləri 09 Yan 2019 20:14:00 214 0

Xristian futbolçunun başdaşına “Ruhuna fatihə” yazdılar

Bir neçə ay əvvəl Türkiyənin Dənizli şəhərinin həvəskarlar liqasında keçirilən oyun zamanı həyatını itirən "Sarayköyspor"un nigeriyalı futbolçusu Ekundayo Ebenezer Mavoyekanın dəfni ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Son.az komanda.az-a istinadən xəbər verir ki, mərhum futbolçu, ailəsinin istəyi ilə qeyri-müsəlman qəbiristanlığında, xristian adət-ənənələri ilə dəfn olunub. Amma dəfni həyata keçirən Dənizli bələdiyyəsinə bağlı qurum olan Qəbiristanlıqlar müdirliyinin işçiləri məzarın başındakı taxtaya "Ruhuna fatihə" yazaraq, böyük qalmaqala imza atıblar.


Xəbərə aid foto