Samir "Diva" qalmaqalından danışdı


Şou-biznes 09 Yan 2019 17:45:00 406 0

Samir "Diva" qalmaqalından danışdı

Müğənni Samir Bağırovun "Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimlinin ünvanına dediyi "Diva" sözü müzakirələrə səbəb olub.  Son.az axşam.az-a istinadən xəbər verir ki, Samirin "Diva" tituluna sahib olan xalq artisti Aygün Kazımovaya söz atdığı bildirilib. S.Bağırov mətbuat katibi vasitəsilə açıqlama yayaraq, məsələyə aydınlıq gətirib. Samir bildirib ki, həmin şərhdən sonra çoxları onun Kazımova ilə aralarının dəydiyini düşünüb, amma elə deyil: "Çox sevdiyim Səmra Rəhimli haqqında yazdığım şərhin belə bir müqayisə ilə nəticələnəcəyini gözləmirdim. Səmra gələcəkdə "Diva" tituluna potensialının olduğuna inandığım yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi.  Hal-hazırda illərdir dostum olan Aygün Kazımovanın şou-biznesin "Diva"sı olduğunu hər kəs bilir. Onun yeri  əvəzolunmaz, doldurulmaz və dəyərlidir".