Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub


Digərləri 09 Yan 2019 17:31:00 462 0

Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.