Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi


Digərləri 09 Yan 2019 17:22:00 363 0

Bakıda müəllimə qarşı quldurluq edən şəxsə cəza tələbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib. 

O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş və şahidlərin ifadələri ilə də tam sübuta yetirilib. 

Prokuror N.Qələndərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses yanvarın 16-da davam etdiriləcək.