Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb


Digərləri 09 Yan 2019 16:23:00 195 0

Aİ İrana qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı İrana qarşı sanksiyaların müddətini uzadıb.

Bakı. Avropa İttifaqı (Aİ) Şurası İrana qarşı terror fəaliyyətində ittiham üzrə 2001-ci ildə tətbiq edilən sanksiyaları genişləndirib və müddətini bir il uzadıb. Trend-in məlumatına görə, bu barədə Şuranın bəyanatında deyilir. Sənəddə bildirilir ki, iki fiziki şəxs və bir struktur - İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili təhlükəsizlik departamenti Aİ-nin antiterror siyahısına daxil edilib.