Gürcüstanda 600dən çox insan qrip virusu ilə xəstəxanaya yerləşdirilib


Dünya 09 Yan 2019 16:01:00 207 0

Gürcüstanda 600dən çox insan qrip virusu ilə xəstəxanaya yerləşdirilib

Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.

O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: "Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır".