Gömrük Komitəsi sahibkarlara süni maneələrin yaradılması ilə bağlı xəbərlərə


Digərləri 09 Yan 2019 15:50:00 227 0

Gömrük Komitəsi sahibkarlara süni maneələrin yaradılması ilə bağlı xəbərlərə

Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Komitədən Son.az-a verilən məlumata görə, Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiyadan ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir.

Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal "NB GROUP" MMC tərəfindən ölkəyə gətirilib. Müraciətlərində şirkətlərini "rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri" kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin "NB GROUP" MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.

Qərardaddan aydın olur ki, "NB GROUP" ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə "NB GROUP" MMC-yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.


Xəbərə aid fotolar